Azərbaycanlı cərrahlar Davosda keçirilən mötəbər Cərrahi Forumda

Məlumat verdiyimiz kimi, ötən il Prof.Dr.med Qurbanxan Müslümov Avropada Cərrahiyyə sahəsində ən reytingli treyninq Kurslari hesab edilən Davos Gastrointestinal Cərrahiyyə uzrə Treyninq Kurslarına treyner seçilmişdi. Bunun sayəsində bu il Azərbaycandan 10 nəfər cərrah iştirakçı kimi həmin kurslara qatılmışdır.

Treyninq Kursları artıq 28 Fevral 2015-ci il tarixdən etibarən başlamışdır. Kurslara dünyanın 15-dən çox ölkəsindən 600 nəfər iştirakçı qatılmışdır. Fəxredici haldır ki, ştirakçılara treyninqlər aparan və Avropanın ən aparıcı Universitet Klinikalarını təmsil edən 30 nəfər ekspertdən biri də azərbaycanlıdır. 

Treyninqlərdə cərrahiyyənin aktual problemlərinə həsr olunmuş məruzələrlə yanaşı hər gün 4-5 saat ərzində müxtəlif cərrahi texnikalar və cərrahi xəstəliklərin müalicəsində əldə edilmiş ən son nəaliyyətlər iştirakçılara öyrədilir.

GAMCA Team


Our socials