Haqqımızda

   Akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş “Elmi – Tibbi Tədqiqatların müasir əsasları və istiqamətləri” layihəsi Azərbaycan - Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, İrəli İctimai Birliyinin Tədqiqatlar Mərkəzi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi gənc həkim və tibb tələbələrini müasir tibbi elmi araşdırmaların obyekti olan problemlərlə tanış etmək və bu yönümdə elmi – tədqiqatların aparılmasında mövcud olan müasir standartların Azərbaycana gətirilməsinə çalışmaqdır.

  Layihə 3 mərhələdən ibarətdir. 1-ci mərhələ seminarlar, mühazirələr və treyninqlərdən təşkil olunmuşdur. 2-ci mərhələdə əsas diqqət qrupların bölgüsü, əbəbiyyat icmalının toplanması, qarşıya qoyulmuş elmi mövzunun xülasəsinin hazırlanması olacaqdır. 3-cü mərhələdə isə kliniki tədqiqatların aparılması və elmi tədqiqatlarla uzlaşdırılması, tədqiqatın nəticələrinin məqalə formasında yazılması, plenar iclasın keçirilməsi və nəticələrin qiymətləndirilməsi, qaliblərin müəyyən edilməsi, alınmış nəticələrdən standartlara uyğun jurnal hazırlanması olacaqdır.

  Bu layihə gələcəkdə tibb tələbələri və gənc alimlər üçün bir vərdiş elmi tədqiqat mərkəzinin yaradılmasının əsas ideya bazasını təşkil edəcək, Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təsis edəcəyi Azərbaycanda tibb sahəsində PubMed-ə təqdim ediləcək elmi – tibbi jurnalın buraxılışı bu layihədə aparılacaq elmi tədqiqatların əsasında tərtib ediləcəkdir.

Our socials