Tibbi Treyninq Kursları, dekabr 2013

Azərbaycan – AlmaniyaTibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Tibbi Treyninq Mərkəzi 20-22 dekabr 2013-cü il tarixlərində növbəti dəfə Laparoskopik Tikiş Kursları təşkil etmişdir.Treyninqlər Almaniyanın Karl Ştorz və Volf firmasına məxsus olan müasir laparoskopik video kamera sistemlərindən istifadə edilməklə aparılmıdır.Tədbirin ilk günü, treyninqlərin rəhbəri Q.F.Müslümov tərəfindən oxunan“Müasir laparoskopik cərrahiyyədə istifadə olunan tikiş texnikaları” mövzusunda məruzə ilə treyninqlər açılmış və sonra iştirakçılar “Sadə və mürəkkəb laparoskopik manipulyasiyaları” simulyator və treyninq modelləri üzərində məşq etdilər. Tədbirin sonrakı günləri isə iştirakçılar müxtəlif növ laparoskopik düyün vurma və tikiş texnikalarını mulyajlar və canlı toxumalar üzərində məşq edərək mənimsəmişlər. Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakcılara müvafiq sertifikatlar təqdim olunmuşdur.

Laparoskopik Tikiş Kursaları haqda iştirakçımız ümumi cərrah Sevinc Həsənova öz təsuratları ilə bizimlə bölüşmüşdür. Sevinc Həsənova: Müasir cərrahiyyənin tələblərinə cavab vermək üçün bizlərə kömək edən GAMCA təşkilatçılarına başda prof. Q.Müslümov olmaq şərti ilə dərin minnətdarlığımı bildirirəm. Bu treyningin özəlliyi də onda idi ki, həmişəki kimi xoş səmimi münasibət və maraqlı yenilikləri mənimsəməyə şərait yaradılmışdır.

Our socials